Əsas məzmuna keç

Abşeronda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Abşeronda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Rayon İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı başlanılıb, araşdırma aparılır.

Qeyd edək, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…