ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ Hərbi Dəniz Qüvvələrinin "Georgia" nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsini əmr edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə avqustun 11-də Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ostin İsrailin müdafiə naziri Yoaf Qallant ilə telefon danışığı aparıb və bildirib ki, ABŞ İsraili qorumaq üçün bütün tədbirləri görəcək.
Ostin qeyd edib ki, bölgədəki gərginliyin artması fonunda ABŞ Yaxın Şərqdəki hərbi varlığını gücləndirəcək.
Ostin və Qallant İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini, mülki əhaliyə dəyən zərərin minimuma endirilməsinin vacibliyini, atəşkəs danışıqları və girovların azad edilməsi səylərini müzakirə ediblər.