Rusiya Ukraynada ABŞ-ın dəstəklədiyi bioloji silah araşdırmalarına dair sübutları sənədləşdirib, lakin Vaşinqton və Kiyev bu işin “dinc məqsədlər üçün” edildiyini iddia edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.
"Rusiya ABŞ-ın maliyyə, elmi, texniki və kadr dəstəyi ilə Ukrayna ərazisində bioloji silah komponentləri ilə işin təhlükəli və iqtisadi əhəmiyyətli yoluxucu agentlər üzərində işin aparıldığına dair sənədləşdirilmiş sübutlar təqdim edib".
Kirillovun sözlərinə görə, Rusiya Kiyev və Vaşinqton tərəfindən Bioloji və Toksin Silahlar Konvensiyasının pozulması ilə bağlı 20-dən çox sual verib. “Bunlar riskin azaldılması proqramı çərçivəsində araşdırılan patogen mikroorqanizmlərin müxtəlifliyi və miqdarı, Ukrayna əsgərləri və psixi xəstələr üzərində aparılan sınaqlar, Ukrayna və ABŞ-ın hərbi-bioloji sahədə əməkdaşlığını beynəlxalq hesabatlarda gizlətmək cəhdləri barədə olub".