Əsas məzmuna keç

ABŞ və Rusiya nümayəndələri fevralın 18-də görüşəcəklər

ABŞ və Rusiya nümayəndələri fevralın 18-də görüşəcəklər

bu barədə “Axios” portalı məlumat yayıb. Məlumata görə, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Donald Tramp və...

Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüşü keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.

ABŞ nümayəndə heyətinə Marko Rubio, Ağ Evin milli üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxil olacaq.

“The Washington Post”un öz mənbələrinə istinadən verdiyi məlumata görə, prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andriy Yermak ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak etməyi planlaşdırmırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…