Ukraynanın yaxın vaxtlarda əraziləri qaytarmaqda uğur qazanması çətin görünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məqalədə Ukrayna rəsmilərinə 2014-cü il sərhədlərinə qayıtmaq üçün “davamlı istəyi” unutmaları tövsiyə olunub.
WSJ-nin köşə yazarları vurğulayıblar ki, 2023-cü ildə baş verən hadisələr Qərb ölkələri Kiyevə hərbi dəstəyi bərpa etsələr belə, “bu məqsədə yaxın gələcəkdə nail olunmayacağını aydın göstərir”.
Qəzet həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğunu xatırladıb, Ukraynanın Rusiya ilə sülh müqaviləsi bağlamalı olacağını etiraf edib.