Amerika Birləşmiş Ştatları Azərbaycanla təmaslarını davam etdirir və Ermənistanı sülhə çağırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
"Biz həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdiririk".
Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen dekabrın 6-8-də Azərbaycan və Rumıniyaya səfər edəcək. Bakıda o, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunması məsələlərini müzakirə edəcək.