Əsas məzmuna keç

Yaralanan ABŞ əsgərləri İraqda müalicə olunur

Yaralanan ABŞ əsgərləri İraqda müalicə olunur

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Abigail Hammock, hücumda yaralanan 6 əsgərin vəziyyətinin stabil olduğunu, 2 əsgərin isə işə qayıtdığını...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranın dəstəklədiyi xarici terrorçu qrupların Suriyadakı bazalarına hücumları nəticəsində ABŞ əsgərlərinin İraqın paytaxtı Bağdad və Ərbildə müalicə olunduğu açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Abigail Hammock, hücumda yaralanan 6 əsgərin vəziyyətinin stabil olduğunu, 2 əsgərin isə işə qayıtdığını bildirib.

Yaralılardan 1 və müqaviləli personalın Bağdadda, 2 yaralı əsgərin isə Ərbildə müalicə altına alındığını qeyd edən Hammak, Bağdadda müalicə alanların yaxın vaxtlarda sağlamlıqlarını izləmək üçün ABŞ-a göndəriləcəyini də bildirib.

Hammak qeyd edib ki, hücum İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib.

Deyr əz-Zorda ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft və Kuniko qaz yataqlarına İranın dəstəklədiyi xarici terror qruplaşmalarının olduğu bölgələrdən raket zərbələri endirilib.

14:12***

ABŞ Suriyanın şimal-şərqindəki İrana bağlı qruplara qarşı hava hücumları həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə, ABŞ məlumat yayıb.

Buna səbəb ABŞ-nin Suriyanın şimal-şərqindəki bazalarına pilotsuz təyyarə hücumu zamanı bir ABŞ hərbiçisinin ölümü olub.

Rəsmilər bildiriblər ki, hava zərbələri ABŞ kəşfiyyatının "İran mənşəli olduğunu bildirdiyi pilotsuz təyyarə hücumundan bir neçə saat sonra baş verib.

Hücumlar zamanı 8 hərbiçinin yaralandığı qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…