Uzun mənzilli hipersəs silahları 2025-ci maliyyə ilinin sonuna kimi ABŞ Silahlı Qüvvələrində xidmətə girəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən Amerikanın həftəlik “Defence News” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət Vaşinqton ştatındakı Lyuis-McChord Birgə Bazasında yerləşən 17-ci Artilleriya Briqadasına məxsus quruda yerləşən hipersəs raketlərindən gedir. Bildirilir ki, silahların 2023-cü ilin payızında yerləşdirilməsi planlaşdırılıb, lakin sınaqlar zamanı aşkarlanan problemlər səbəbindən bu baş verməyib.
Pentaqon 2024-cü ilin dekabrında ABŞ Kosmik Qüvvələrinin Florida ştatının Kanaveral burnunda yerləşən bazasından nüvəsiz hipersəs raketinin uğurlu sınaq buraxılışını elan edib.