Əsas məzmuna keç

ABŞ səfirliyi İordaniyadakı vətəndaşlarına təcili sığınacaq çağırışı etdi

ABŞ səfirliyi İordaniyadakı vətəndaşlarına təcili sığınacaq çağırışı etdi

İordaniyanın hava məkanında qeydə alınan raket və dron təhlükəsi fonunda ABŞ vətəndaşlarına kritik xəbərdarlıq edilib. Təhlükəsizlik tədbirləri nələri əhatə edir?

ru en

ABŞ-nin İordaniyadakı səfirliyi ölkədə yaşayan Amerika vətəndaşlarına təcili edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, İordaniyanın hava məkanında , dronlar və digər hava hücumu vasitələrinin müşahidə edildiyi barədə məlumatlar daxil olub.

Bununla əlaqədar vətəndaşlarına dərhal sığınacaq axtarmaq, qapalı məkanlarda qalmaq və yerli hakimiyyət orqanlarının elanlarını diqqətlə izləmək tövsiyə olunub.

“Məlumatlara görə, raketlər, dronlar və ya raketlər İordaniyanın hava məkanındadır. Dərhal başınızın üstündən sığınacaq və yer axtarın. İçəridə qalın və yerli elanlara və xəbərdarlıqlara diqqət yetirin”, – deyə səfirliyin xəbərdarlığında bildirilib.

Səfirlik həmçinin vətəndaşlara uçuş cədvəllərində dəyişikliklərin mümkün olduğunu xatırladaraq, səyahətlə bağlı məlumatları birbaşa aviaşirkətlərdən dəqiqləşdirməyi tövsiyə edib.

Hazırda vəziyyətlə bağlı İordaniya rəsmiləri tərəfindən əlavə məlumat verilməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…