Operativ Məlumat Mərkəzi

ABŞ: Qəzzaya digər yardım vasitələri yetərli olmadığı üçün biz dəniz variantını araşdırırıq

2 dəq
Paylaş:
ABŞ: Qəzzaya digər yardım vasitələri yetərli olmadığı üçün biz dəniz variantını araşdırırıq
bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. ABŞ-ın son bir həftədir...

ABŞ Dövlət Departamenti Qəzzaya humanitar yardımın çatdırılması üçün digər variantların kifayət etmədiyi üçün yardımın dəniz yolu ilə çatdırılması variantını araşdırmağa başladıqlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın son bir həftədir Qəzzaya təcili humanitar yardım ehtiyaclarını ödəmək üçün havadan yardım başlatma əməliyyatları həyata keçirdiyini xatırladan Miller, əlavə yardım göstərmək üçün dəniz yolu variantını da araşdırdıqlarını söyləyib.

"Daha əvvəl dəniz yolunun quru yardımına alternativ olmayacağını, buna töhfə verəcəyini bildirmişdik. Bu səbəbdən quru yardımı üçün təzyiqləri davam etdirəcəyik",- deyə bildirib.

Qəzzaya humanitar yardımın çatdırılmasında bir qədər də irəliləyiş olduğunu iddia edən Miller, yardımın ilk növbədə ABŞ-ın daxil olması sayəsində edildiyini, hazırda ABŞ-ın yaxşılaşma üçün səy göstərdiyini qeyd edib.

Miller bu çərçivədə İsrail hökuməti ilə ən yüksək səviyyədə təmaslarının davam etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər