"Demokratlar bu insidentlə əslində öz quyularını qazmış oldular" - AÇIQLAMA

"Demokratlar bu insidentlə əslində öz quyularını qazmış oldular" - AÇIQLAMA
15.07.2024 15:18
Aa
dəq

Donald Trampa sui-qəsd ABŞ üçün ənənəvi olan siyasi terror və şəxsən 45-ci Prezidentin özünə qarşı başlanmış siyasi təqibin məntiqi sonluğudur.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

"Sirr deyil ki, ən azı ötən 4 il ərzində ABŞ-də Trampın siyasi arenada sıradan çıxarılması üçün ona qarşı məhkəmə və digər inzibati resurslar tam səfərbər edilmiş, demokrat konqresmen və senatorlar çıxışlarında onu faşist elan edərək Hitlerlə və Mussolini ilə eyniləşdirirdirlər. Hətta cəmi 4 gün öncəki çıxışında Prezident Bayden açıq mətnlə Trampı amerikalıların ən böyük fəlakəti adlandıraraq “onunla son haqq-hesab çəkməyin vaxtı çatdığını" bəyan etmişdi".

Deputat qeyd edib ki, lakin Prezident Trampın dövlət strukturlarının onun əleyhinə səfərbər edilmiş bütün inzibati əngəllərini uğurla dəf etməsi, yenidən Partiyasının seçkilərdə əsas namizədinə çevrilməsi, ən sonda isə bir müddət öncə debatda Prezident Bayden üzərində açıq üstünlüyə nail olması Vaşinqtonu yenidən ənənəvi siyasi terrora vadar etdi.

"Bu gün demokratlar və aidiyyəti strukturlar hətta haqlı olaraq məsələdə təqsirsiz olduqlarını israr etsələr belə, heç kim dana bilməz ki, ən yaxşı halda Trampa sui-qəsdə səbəb olacaq şəraiti məhz demokratların təbliğatı formalaşdırıb.

Görünən odur ki, bütün dünyaya "azad seçki", "demokratiya", "insan haqları" meyarları barədə mühazirələr oxuyan ABŞ-nin özündə əslində bu meyarlar o qədər də əhəmiyyətli deyil. Təbii ki, cari situasiya bütövlükdə ümumbəşəri dəyərlərə qarşı təhdiddir və ABŞ-nin qlobal mənada insan haqları və demokratiya tandemi barədə söz haqqını itirdiyini göstərir".

Millət vəkili bildirib ki, proseslərin bu istiqamətdə inkişafının Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin nəticələrinə təsirinə gəlincə, heç şübhəsiz ki, uğursuz sui-qəsd cəhdi Trampı və bütövlükdə respublikaçıları xeyli gücləndirdi.

"Beləliklə, əminliklə demək olar ki, istər ABŞ-nin daxilində öz rəqiblərinə münasibətdə, istərsə də dünyanın ayrı-ayrı bölgələrində nifrət dilinə üstünlük verən demokratlar bu insidentlə əslində öz quyularını qazmış oldular",

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu