ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julianne Smit bildirib ki, Vaşinqton alyansın hər bir üzvünə müdafiə xərclərini milli ÜDM-in 2%-nə qədər artırmaq üçün təzyiq göstərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
Onun sözlərinə görə, bu gün NATO-nun 20 ölkəsi ÜDM-in 2%-i həcmində xərc normasına əməl edir. Smit bunu "on il ərzində əhəmiyyətli artım" adlandırıb.
“Əlbəttə, biz NATO-nun 32 ölkəsinin hamısının bunu etməsini istəyirik və ora çatana qədər səylərimizi davam etdirəcəyik”,- deyə bildirib.
Smit vurğulayıb ki, hər bir NATO üzvü Ukraynaya yardım edib. O, ABŞ-ın Ukraynaya 74 milyard dollar, Vaşinqtonun avropalı müttəfiqlərinin isə 110 milyard dollardan çox xərclədiyini göstərən rəqəmlərə istinad edib.