Operativ Məlumat Mərkəzi

ABŞ, Misir və Qətərdən birgə bəyanat

1 dəq
Paylaş:
ABŞ, Misir və Qətərdən birgə bəyanat

Amerika Birləşmiş Ştatları, Misir və Qətər birgə bəyanatla İsrail və HƏMAS-ı atəşkəs və girovların azad edilməsinə dair danışıqları bərpa etməyə çağırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail təklif olunan danışıqlara getməyə razı olub.

HƏMAS-ın isə yeni rəhbərliyi isə hələlik bu barədə açıqlama verməyib.

Danışıqların 15 avqustda Qahirə və Dohada keçirilməsi nəzərdə tutulur. Bu, HƏMAS-ın əvvəlki rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra regiondakı gərginliyin nəzarətdən çıxmaması üçün yeni diplomatik cəhddir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər