ABŞ İsraillə Qəzza zolağında hərbi əməliyyatın müddətini müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiqləyib.
“Xüsusilə bu hərbi əməliyyatın həssaslığını nəzərə alaraq, müddəti ilə bağlı müzakirələrimiz olub. Bütün bunları sizə açıq şəkildə açıqlamamalıyam. Lakin bu, İsraillə apardığımız məsləhətləşmələrin mövzusudur”, – müşavir diqqətə çatdırıb.