Əsas məzmuna keç

ABŞ İsraildəki diplomatlarını və ailələrini təxliyə edir

ABŞ İsraildəki diplomatlarını və ailələrini təxliyə edir

ABŞ Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən diplomatik missiya üzvlərinin təxliyəsinə yaşıl işıq yandırdı. Qəzza və İordan çayı üçün hansı qadağalar var?

en ru

Departamenti İsraildəki diplomatların ailə üzvlərinin və fövqəladə dərəcədə vacib vəzifələri yerinə yetirməyən səfirliyi əməkdaşlarının ölkədən çıxmasına icazə verib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“27 fevral tarixində Dövlət Departamenti təhlükəsizlik riskləri ilə əlaqədar olaraq İsraildəki diplomatik missiyanın kritik əhəmiyyətli funksiyaları yerinə yetirməyən əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin ölkədən çıxışını sanksiyalaşdırıb”, - məlumatda deyilir.

Departament həmçinin terrorizm və vətəndaş iğtişaşları ilə bağlı səyahətçilərə İsrailə və İordan çayının Qərb sahilinə səfər planlarını yenidən nəzərdən keçirməyi, zolağına, İsrailin şimal bölgələrinə və Misirlə sərhəd ərazilərinə səfərdən çəkinməyi tövsiyə edib:

"İsrailə və İordan çayının Qərb sahilinə səfər planlarınızı yenidən nəzərdən keçirin, Qəzza zolağına, İsrailin şimal bölgələrinə və Misirlə sərhəd ərazilərinə səfərdən çəkinin".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…