ABŞ prezidenti Co Bayden administrasiyası yaxın iki həftə ərzində İsrail ilə HƏMAS arasında atəşkəs və girovların qaytarılması ilə bağlı danışıqların başa çatmasını istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken Seulda Koreya Respublikasının xarici işlər naziri ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Xatırladaq ki, ötən gün "Reuters" agentliyi HƏMAS sözçüsünə istinadən xəbər verib ki, hərəkat radikalların Qəzza razılaşması çərçivəsində azad etməyə hazır olduqları 34 girovun adlarının siyahısını təsdiqləyib.