Operativ Məlumat Mərkəzi

ABŞ hakimiyyəti Venesuelaya bir sıra sərt şərtlər irəli sürdü

1 dəq
Paylaş:
ABŞ hakimiyyəti Venesuelaya bir sıra sərt şərtlər irəli sürdü
ABŞ Venesuelanın neft hasilatını artırması müqabilində bu ölkənin İran, Çin, Kuba və Rusiya ilə iqtisadi əlaqələrini dayandırmasını tələb edir.“ABC News”...

ABŞ hakimiyyəti Venesuelaya bir sıra sərt şərtlər irəli sürüb.

“Operativ Məlumat Mərkəzi–OMM” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Venesuelanın neft hasilatını artırması müqabilində bu ölkənin İran, Çin, Kuba və Rusiya ilə iqtisadi əlaqələrini dayandırmasını tələb edir.

“ABC News” telekanalının məlumatına görə, Vaşinqton Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesə konkret tələblər təqdim edib. Bildirilir ki, ilk növbədə Karakas Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əməkdaşlığı dayandırmalı və bu ölkələrlə münasibətlərə son qoymalıdır.

Bundan əlavə, ABŞ Venesueladan neft hasilatı sahəsində Vaşinqtonla eksklüziv əməkdaşlığa razılıq verməsini istəyir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Venesuela müvəqqəti hakimiyyətinin ABŞ-yə 50 milyon barelə qədər neft tədarük etməyə razı olduğunu açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər