Operativ Məlumat Mərkəzi

ABŞ Gürcüstanla münasibətlərin normallaşması şərtlərini açıqlayıb

2 dəq
Paylaş:
ABŞ Gürcüstanla münasibətlərin normallaşması şərtlərini açıqlayıb
dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bunun üçün Gürcüstandan Qara dənizdə Çinlə birgə liman tikintisinin...

ABŞ Gürcüstanla münasibətlərin normallaşdırılması və ölkənin Avroatlantik regionuna inteqrasiyası üçün şərtlərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bunun üçün Gürcüstandan Qara dənizdə Çinlə birgə liman tikintisinin dayandırılmasını tələb edib.

Qeyd edək ki, əvvəllər Amerikanın “Conti International” MMC şirkəti bu limanın tikintisi üçün 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyinə görə Gürcüstan hakimiyyəti onun üzvü olduğu konsorsiumla müqaviləni ləğv edib.

Ceyms Obrayen ölkədə Avropa İttifaqının tələblərinə uyğun azad, ədalətli və demokratik seçki institutunun formalaşdırılmasının və zorakılıqdan çəkinmənin vacibliyi də diqqətə çatdırılıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze rəsmi Vaşinqtonun bu ölkəyə sanksiyaların tətbiq olunacağı ilə bağlı bəyanatına cavab verib.

O, ABŞ rəsmilərinin analoji tərzdə fikirlər səsləndirməsinin anılaşılmaz olduğunu deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər