ABŞ Ədliyyə Nazirliyi son həftələrdə sızdırılan və sosial şəbəkələrdə dərc edilən bir sıra kəşfiyyat sənədləri ilə bağlı araşdırmaya başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyinin Ukrayna-Rusiya müharibəsi də daxil olmaqla bir çox aktual mövzuda "həssas və yüksək məxfi material ehtiva etdiyi görünən" sənədlərin sosial mediada sızdırılması və yayımlanması ilə bağlı cinayət araşdırması başlatdığını açıqlayıb.
Rəsmiləri aprelin 7-də ABŞ ordusuna aid "tam məxfi" kimi qeyd olunan sənədlərin sızdığını və sosial mediada paylaşılmağa başladığını təsdiqləyib.