ABŞ dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmanda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş zamanı Blinken ABŞ-ın HƏMAS-ın İsrailə hücumlarını pislədiyini təkrarlayıb və ölkəsinin münaqişələrin genişlənməsinin qarşısını almaq üçün tərəfdaşları ilə koordinasiyalı səylərini davam etdirəcəyini bəyan edib.