ABŞ rəsmiləri dünən Texas və Kanzas ştatlarında inəklərdən quş qripi üçün alınan süd testlərinin müsbət çıxdığını açıqlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Kanzasdakı iki süd fermasından və Texasdakı bir süd fermasından pasterizə olunmamış südün diaqnostik nümunələri, eləcə də başqa bir süd fermasından alınan nümunələr 25 mart 2024-cü ildə ştatlarda HPAI (quş qripi) üçün müsbət olduğunu təsdiqlənib", - deyə qeyə bildirilib.
Heyvan Sağlamlığı Komissiyası da yaxınlarda süd müəssisələrinin yaxınlığında tapılan ölü çöl quşlarından sınaq nümunələri götürdüklərini və vəhşi quşların quş qripi gətirmiş ola biləcəyini vurğulayıb.