ABŞ prezidenti Donald Tramp administrasiyası Pekinlə gərginliyi azaltmaq məqsədilə Çinə tətbiq etdiyi tarifləri azaltmağı düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” portalı məlumat yayıb.
Ağ Evdəki yüksək səviyyəli mənbənin sözlərinə görə, Çin mallarına rüsumlar 50-65%-ə endirilə bilər.
Digər variant isə çoxpilləli tarif şkalasının tətbiqidir: ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edilməyən malların idxalına 35%, strateji əhəmiyyətli mallara isə 100%-dən az olmamaq şərti ilə tarif tətbiq edilə bilər.
Tramp əvvəllər Çin mallarına tətbiq etdiyi 145%-lik rüsumların çox yüksək olduğunu etiraf etmiş və Pekinlə ticarət razılaşması əldə etdikdən sonra onları azaldacağını vəd etmişdi.