ABŞ-nin Bakıdakı agenturası ilə görüşü ləğv edilib - YENİLƏNİB

ABŞ-nin Bakıdakı agenturası ilə görüşü ləğv edilib - YENİLƏNİB
26.11.2023 15:18
Aa
dəq

ABŞ-nin Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.

Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gəzlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.

Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.

Qeyd edək ki, “Məzunların yubiley qalası” adı verilən tədbir sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi.

***

ABŞ-nin Azərbaycandakı Səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.

Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.

Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.

Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.

Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslər iştirak edəcəklər.

Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib. “Tədbir” həmin gün 18:30-da başlayacaq. 

Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu