ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır - RƏY

ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır - RƏY
07.10.2024 21:21
Aa
dəq

Azərbaycan 44 Günlük Vətən Müharibəsindən zəfər qazanandan sonra sülh iddiasını irəli sürməklə, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün ilk addımı atdı və açıq şəkildə 5 baza prinsipi əsasında sülh mətninin də formasını müəyyənləşdirmiş oldu.

Məhz heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar sərhədlərimizin 13 kilometrində delimitasiya və demarkasiya işlərinin reallaşdırılması və Qazaxın kəndlərinin geri qaytarılması ilə nəticələndi. Bu da danışıqlarda əldə edilmiş ən böyük nəticə kimi qiymətləndirilməlidir. Bu proseslər də heç bir vasitəçi olmadan uğurla davam etdirilirdi. Lakin Qərb dairələri, Ermənistanın havadarları, Fransanın və ABŞ-nin təzyiqləri bu prosesləri ləngidir. Hazırda biz Ermənistanın sülh danışıqlarında manipulyasiya etdiyini və faktiki olaraq sülhün əldə olunmaması üçün bütün mümkün vasitələrdən istifadə etdiyini müşahidə edilməkdədir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

“Sülh mətnindən razılaşdırılmamış maddələrin çıxarılaraq Azərbaycana geri göndərilməsi və yarımçıq sənədin imzalanmasının dəstəklənməsi həqiqətən də qəbuledilməzdir. Ermənistanın bu yanaşmasını Fransa və Amerika rəsmiləri dəstəkləyirlər, keçmiş həmsədrlər bu mövqedən çıxışlar edirlər. Bu isə onu deməyə imkan verir ki, məhz Ermənistanın bu addımı atması Qərb dairələrinin diqtəsi ilə həyata keçirilib. Bu da qəbuledilməzdir, çünki Azərbaycanın yarımçıq sülhə ehtiyacı yoxdur və xüsusilə də ən vacib müddəaların razılaşdırılması, nəticə etibari ilə Azərbaycan üçün Ermənistan tərəfindən təhdidlərin davam etdiriləcəyinə bir işarədir və revanşist qüvvələrin də faktiki olaraq əl-qolunu bağlamamış olacaq. İmzalanacaq bu yarımçıq sənəd və Qərb dairələri də məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənəcəklər və Azərbaycan üçün hər zaman təhdid və təhlükə mənbəyi olaraq qalacaqlar”.

Millət vəkili qeyd edib ki, əvvəllər Ermənistanın mövqeyi gizli şəkildə dəstəklənirdisə, son dövrlərdə bu açıq şəkildə həyata keçirilir. Xüsusilə də ABŞ-də prezident seçkilərinin yaxınlaşması və ABŞ-də yaşayan erməni lobbisinin tam dəstəyini əldə etmək üçün erməni lobbisininin təsiri altında olan Amerika konqresmenləri tərəfindən ünvanlanmış müraciət və Azərbaycana yeni sanksiyaların tətbiq edilməsi ideyasının ortaya atılması faktiki olaraq açıq şəkildə Ermənistanın dəstəklənməsidir.

N.Həmzəyev bildirib ki, ABŞ rəsmiləri Azərbaycanla dostluqdan dəm vururlar. Faktiki olaraq 30 il Azərbaycan torpaqları işğal altında olanda bir dəfə də olsun Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Əksinə, Azərbaycan torpaqları işğal altına düşən ərəfədə Azərbaycana bu sanksiyalar tətbiq edildi.

Naqif Həmzəyev: Səfirliyimizə qarşı terror İranın Azərbaycan reallıqlarını  qəbul etməməsi ilə əlaqədardır - Yeni Gəncə

“Ancaq Azərbaycan ötən müddət ərzində ABŞ ilə çox yaxşı münasibətlər qurub. Xüsusilə də NATO-nun, ABŞ-nin həyata keçirdikləri hərbi təlimlər zamanı Azərbaycan sülh missiyası formasında bu proseslərdə yaxından iştirak edib. Əfqanıstandan Amerika orduları qaçmaq məcburiyyətində qalanda məhz Azərbaycan və Türk sülhməramlıları sonuna qədər orda qaldılar və faktiki olaraq həmin ordu birləşmələrinin ordan çıxışını təmin edən qüvvələr oldular.

Bu baxımdan da biz qətiyyən çəkinməməliyik, qorxmamalıyıq, çünki haqq-ədalət tərəfindəyik. Biz Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh istəyirik, kənar qüvvələrin 10 min kilometrlərlə uzaqdan gələrək problemlərimizin həll etməsini dəstəkləmirik. Çünki, bu günə qədər nə ABŞ-nin, nə Fransanın, nə də Ermənistanın digər havadarlarının hansısa dövlətə dinclik, əmin-amanlıq, demokratiya, azadlıq və xoşbəxtlik gətirdiyini görməmişik. Biz İraqa, Suriyaya baxa bilərik, Yaxın, Orta Şərqi nəzərdən keçirə bilərik ki, burada nə demokratiya, nə inkişak, nə tərəqqi, nə də sülh görmürük və Ermənistanın vasitəsi ilə həyata keçirilən bu məkrli planlar Ermənistanın özü üçün də çox böyük problemə çevriləcəkdir. Əgər Ermənistan bu qüvvələrin təsirindən çıxmasa, Ermənistanın özündə də vətəndaş müharibəsi başlayacaq və Ermənistanın özü xaosa sürüklənəcək.

Biz isə bu proseslərdən kənarda qalmaq istəyirik, heç bir kənar müdaxilə olmadan öz suverenliyimizi qorumaq, ərazi bütövlüyümüzü müdafiə etmək gücündəyik və Azərbaycanın yaratdığı yeni reallıqlar həm region dövlətləri, həm də qlobal güclər tərəfindən qəbul edilməlidir. Azərbaycan bu günə qədər sadiq, sözünün üstündə duran bir dövlət olaraq obraz formalaşdırıb. Biz bu mövqeyimizə davam edəcəyik və biz millət vəkilləri Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək ABŞ və Azərbaycan münasibətlərinə yenidən baxılmasını xahiş etmişik. Çünki faktiki olaraq bizə qarşı olan münasibət qəbuledilməzdir. Azərbaycanın bu günə qədər həyata keçirdiyi xidmətlər və yanaşmalar düzgün dəyərləndirilmir. Eyni zamanda, ABŞ Beynəlxalq İnkişaf Agentliyin də (USAID) fəaliyyəti Azərbaycanda mütləq dayandırılmalıdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tarixinə fikir versək görərik ki, onlar mövcud olduğu dövlətlərdə hansı layihələr həyata keçiriblər. ABŞ Xüsusi Kəşfiyyat Orqanlarının tapşırıqlarını reallaşdırmaqla çox xoşagəlməz hadisələrə də səbəb olublar.

Bu baxımdan da bizim müraciətimizdə açıq-aydın olaraq bu məsələlərdə qeyd edilir. Biz inanırıq ki, ABŞ-yə qarşı yeni mövqeyin ortaya qoyulması həmin dövlətin ədalətli olmasına gətirib çıxaracaq ki, onlar da anlayacaqlar ki, Azərbaycanla güc, təhdid dili ilə danışmaq olmaz və Azərbaycan üçün təhdid və təhlükə doğura biləcək Ermənistanın silahlandırılması, cəsarətləndirilməsi Azərbaycan tərəfindən qəbuledilməzdir, çünki biz yenidən müharibənin baş verməsini, yenidən torpaqlarımızda münaqişə ocaqlarının yaradılmasını istəmirik. Biz Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün tərəfdarıyıq”, - deyə deputat vurğulayıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ermənistan Azərbaycanın COP29-a ev sahibliyini qəbul edə bilmir - RƏY

Ermənistan Azərbaycanın COP29-a ev sahibliyini qəbul edə bilmir - RƏY
DAVAMIN OXU davamın oxu

ABŞ administrasiyası Azərbaycana qarşı ədalətsiz hərəkətlərə son verməlidir - RƏY

ABŞ administrasiyası Azərbaycana qarşı ədalətsiz hərəkətlərə son verməlidir - RƏY
DAVAMIN OXU davamın oxu

İran-İsrail qarşıdurması nə vəd edir? - RƏY

İran-İsrail qarşıdurması nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu

Quru sərhədləri bu şərtlərlə açıla bilər - EKSPERTDƏN AÇIQLAMA

Quru sərhədləri bu şərtlərlə açıla bilər - EKSPERTDƏN AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İsrail-Livan müharibəsi - ŞƏRH

İsrail-Livan müharibəsi - ŞƏRH
DAVAMIN OXU davamın oxu