Əsas məzmuna keç

ABŞ-Azərbaycan əlaqələri rəsmən güclənir

ABŞ-Azərbaycan əlaqələri rəsmən güclənir

Vaşinqton və Bakı arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. İki ölkənin dövlət rəsmiləri arasında keçirilən danışıqlar hansı sahələri əhatə edir?

ru en

ABŞ İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş icraçı direktoru Ben Blek ABŞ-Azərbaycan Strateji Xartiyası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə investisiya imkanlarının müzakirəsi üçün Bakıya səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Ben Blek səfər zamanı Azərbaycanın naziri , iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və naziri Rəşad Nəbiyev, eləcə də özəl sektor nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran əsas sahələrdə investisiya və tərəfdaşlıq imkanlarını müzakirə edib.

Ben Blekin səfəri iyunun 2-də keçirilmiş ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun davamı olmaqla yanaşı, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımı əks etdirir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…