Əsas məzmuna keç

ABŞ 2025-ci ildə Çinlə müharibə düşünür

ABŞ 2025-ci ildə Çinlə müharibə düşünür

Hərbi Hava Qüvvələrinin aparıcı generallarından biri olan Minihan tabeliyində olan əsgərlərə tezliklə müharibəyə girə biləcəklərini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, general Vaşinqton və Pekinin iki il ərzində Tayvan üzərində döyüşə biləcəyini vurğulayıb.

"Ümid edirəm ki, yanılıram. İnstinktlərim mənə 2025-ci ildə mübarizə aparacağımızı deyir", - o bildirib.

O qeyd edib ki, 2024-cü ildə ABŞ-də keçiriləcək seçkilərinin ölkənin diqqətini yayındıracağını və liderinin bundan istifadə edərək 2025-ci ildə hərəkətə keçə biləcəyini iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…