Abdullah Zubirin "Qarabağ"da qalacağı dəqiqləşib

Abdullah Zubirin "Qarabağ"da qalacağı dəqiqləşib
29.06.2024 20:30
Aa
dəq

"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Həftənin ən çox oxunanları

Portuqaliya AVRO-2024-ün 1/4 finalına yüksəlib

Portuqaliya AVRO-2024-ün 1/4 finalına yüksəlib
DAVAMIN OXU davamın oxu

Xavi Simons "Bavariya"ya keçə bilər

Xavi Simons
DAVAMIN OXU davamın oxu

Sançez "İnter"dən ayrılıb

Sançez
DAVAMIN OXU davamın oxu

"Beşiktaş"ın futbolçusu komandadan ayrılıb

DAVAMIN OXU davamın oxu

"Yuventus" Fransadan futbolçu alır

DAVAMIN OXU davamın oxu