İranın xarici işlər naziri Abbas Araqçı sabah Türkiyəyə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Türkiyə XİN rəhbəri Hakan Fidan iranlı həmkarını qəbul edəcək.
Görüşdə, regional məsələlər müzakirə olunacaq.
Həmçinin Hakan Fidanın ticarət dövriyyəsinin 30 milyard dollar səviyyəsinə çatdırılması hədəfi istiqamətində qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyini qeyd etməsi gözlənilir.
Planlaşdırılan görüşlərdə Fidanın Türkiyənin İranın nüvə proqramı ilə bağlı qısa müddətdə dinc həll yoluna nail olunmasını dəstəklədiyini və bu istiqamətdə ehtiyac yaranacağı təqdirdə köməyə hazır olduğunu ifadə etməsi bildirilir.