İranın qonşuları ABŞ-nin onların təhlükəsizliyini təmin etməkdə uğursuzluğunu etiraf etməli və Tehranın Amerika qoşunlarının bölgədən dərhal çıxarılması ilə bağlı israrını dəstəkləməlidirlər.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bunu Səudiyyə Ərəbistanına göndərdiyi mesajda bildirib.
O, X-də yazıb: "İran Səudiyyə Ərəbistanına hörmət edir və onu qardaş ölkə hesab edir. Bizim hərəkətlərimiz nə ərəblərə, nə də iranlılara hörmət etməyən və heç bir təhlükəsizlik təmin edə bilməyən təcavüzkar düşmənlərə qarşı yönəlib".
Əraqçi əlavə edib ki, "Amerika qoşunlarını bölgədən çıxarmağın vaxtı gəlib çatıb".