AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb

AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb
25.02.2025 10:40
Aa
dəq

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Agentlik gücləndirilmiş iş rejimində çalışmağa davam edib.

“Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Həftənin ən çox oxunanları