“A” deyən rəsmi İrəvan “B” də deyə bilər- Sahib Alıyev

“A” deyən rəsmi İrəvan “B” də deyə bilər- Sahib Alıyev
05.05.2023 10:32
Aa
dəq

Vaşinqton danışıqlarının necə bitəcəyi haqda orada nə baş verdiyindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin artıq ilkin açıqlaması var. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması "keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilən həmin açıqlama elə də nikbin deyil. Səbəbinə də dövlət başçımız yenə özü aydınlıq gətirdi.  

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Millət Vəkili Sahib Alıyev deyib.

O bildirdi ki, qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda təklifinə cavabında “separatizm” sözünün üstündən xətt çəkib. Bu, nə deməkdir? O deməkdir ki, Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil.

"Vaşinqton danışıqlarının arzuolunan şəkildə bitəcəyi haqda bir halda əminlikə danışmaq olardı ki, onun təşkilatçısı ədalətli demirəm, çünki dünyada hegemonluq edən, yaxud da buna can atan hər hansı bir gücdən ədalət gözləmək sadəlövhlükdür, beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-nin hərəkətlərində isə biz bunu görmürük"- deyə Millət Vəkili bildirib.

"Sözügedən ölkənin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda bizə yanaşmada eyni mövqe sərgilənmir. Orada sadəcə Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət gedir. Soruşuram, nəyə əsaslanan sülhün? Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına dayanan sülhümü ABŞ nəzərdə tutur? Belə deyilsə, nədən öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir? 

Cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi çox təəssüf ki, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa “Qərbdəki bəzi dostlarından” daha meyilli görünür və ötən ilin oktyabrındakı Praqa, Soçi Bəyannamələri də təsdiqləyir ki, “A” deyən rəsmi İrəvan “B” də deyə bilər. Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soçi görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr, amma törədirlər. Fransanın Ermənistandakı revanşizm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir. 

O üzdən də Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yüksək olduğunu bildirir. Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, effektivlik baxımından onlar da birbaşa dialoqa üstünlük verirlər. Yeri gəlmişkən, Vaşinqton danışıqları zamanı eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir. Mən belə başa düşürəm ki, ABŞ artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün Qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmliliyini anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir.

Bunu da bildirmək lazımdır ki, bəzi dövlətlər sülh anlaşması olmadan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və əməkdaşlığa başlanması haqda da düşünürlər. Ancaq Azərbaycan Prezidentinin dünən Şuşada dediklərindən də aydın görünür ki,  buna getməyəcəyik. Niyə də getməliyik?  

Bizə qarşı düşmənçilik siyasəti yeridənlərin güclənib yenidən torpaqlarımızı işğal etmək fikrinə düşmələri üçünmü? Ona görə də dövlət başçımızın da bildirdiyi kimi Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmin ölkəyə qarşı hansı siyasət yeridilmişdisə, eynisi yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu