Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrəvanda VIII Avropa sammiti başladı - VİDEO

2 dəq
Paylaş:
İrəvanda VIII Avropa sammiti başladı - VİDEO

Bazar ertəsi günü çoxsaylı dövlət və təşkilat rəhbərləri İrəvana toplaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ermənistanın paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısı çərçivəsində liderlər tədbirin keçiriləcəyi məkana gəlirlər.

Məlumata görə, sammit Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində keçirilir. Ermənistanın Nikol Paşinyan qonaqları qarşılayır.

Bildirilib ki, tədbirə ilk gələnlər sırasında Maia Sandu, Jonas Qahr Store və Mark Karni yer alıb.

Qeyd olunub ki, bu il sammit “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında keçirilir. Danışıqlar zamanı liderlər enerji, , və infrastruktur bağlantısı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Məlumata görə, görüşdə həmçinin Ukrayna ətrafındakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri də daxil olmaqla qlobal çağırışlara diqqət yetiriləcək. Sammit çərçivəsində birgə bəyanatın qəbulu və Aİ- tərəfdaşlığının inkişafına yönəlmiş sənədlərin imzalanması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax