83 kq narkotik keçirmək istəyərkən saxlanıldılar -YENİLƏNİB

83 kq narkotik keçirmək istəyərkən saxlanıldılar -YENİLƏNİB
07.03.2023 16:31
Aa
dəq

Martın 5-də saat 23:45-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində “Honda” markalı, 44-BV-887 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Araşdırma zamanı saxlanılan şəxslərin Şəki rayon sakinləri 1985-ci il təvəllüdlü Əliyev Famil Səfər oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Elçin Ramiz oğlu olmaları müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən bağlamalarda ümumi çəkisi 83 kiloqram narkotik vasitəyə bənzər maddə (69 kiloqram marixuana, 14 kiloqram tiryək və metamfetamin) aşkar olunmuşdur.

 

15:10***

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb.

Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.

Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu