7 şəhidimiz dəfn edildi - FOTO

7 şəhidimiz dəfn edildi - FOTO
15.08.2024 17:12
Aa
dəq

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbrahimov Cəmaləddin İbad oğlu, Yarıyev Qənbər Teymur oğlu, hərbçi Camalov Elman Hüseyn oğlu, hərbçi Əbilov Əbülfəz Əbülfət oğlu, hərbçi Hüseynov Cavanşır Ərşad oğlu, mülki Şirinov Tahir Şirin oğlu və mülki şəhid Zeynalova Təranə Davud qızının nəşinin qalıqları dəfn olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İbrahimov Cəmaləddin nəşi paytaxtın Suraxanı rayonunun Əmircan kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Cəmaləddin İbrahimov 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Şəhid Cəmaləddin İbrahimovun nəşi Əmircan kənd qəbiristanlığında torpağa tapşırılıb

Qənbər Yarıyevin nəşinin qalıqları isə doğma yurdu Salyanda torpağa tapşırılıb. Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-cı ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanıb.

Hərbçi Camalov Elman və hərbçi Əbilov Əbülfəz isə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıblar. Hərbçi Elman Camalov 1992-ci il yanvarın 25-də Şuşanın Daşaltı kəndi ətrafında gedən ağır döyüşlər zamanı həlak olub. Digər hərbçi Əbülfəz Əbilov isə 1994-cü ilin yanvar ayının 1-də Füzuli rayonun Aşağı-Seyid Əhmədli kəndində şəhidlik zirvəsinə yüksəlib. Dəfn mərasimində Abşeron, Binəqədi və Cəbrayıl Rayon İcra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

Habelə hərbçi Hüseynov Cavanşır və mülki Şirinov Tahirin nəşi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Hər iki şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Zeynalova Təranə Davud qızının nəşinin qalıqları isə Bərdə rayonunda dəfn olunub. Bərdə şəhər qəbiristanlığında keçirilən vida mərasimində rayon sakinləri, Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Təranə Zeynalovanın nəşi torpağa tapşırılıb. Qeyd edək ki, Zeynalova Təranə Davud qızı 1970-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olub. 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində “Tunel” adlanan yerdə üç qardaşı ilə birlikdə itkin düşüb. Onun nəşinin qalıqları Laçın rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib.

Həftənin ən çox oxunanları

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
DAVAMIN OXU davamın oxu

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin taktiki təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin taktiki təlimi keçirilib
DAVAMIN OXU davamın oxu

"3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb"

DAVAMIN OXU davamın oxu

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb
DAVAMIN OXU davamın oxu

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib
DAVAMIN OXU davamın oxu