Türkiyədə baş vermiş zəlzələ ilə bağlı 45 ölkə yardım təklifi göndərib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Beynəlxalq aləmdə ölkəmizlə təmaslar qurulmağa başlanılıb. NATO və Avropa birliyi yanında 45 ölkə Türkiyəyə yardım təklifləri göndərib",- deyə Prezident söyləyib
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb