20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürülür

20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürülür
15.03.2023 15:39
Aa
dəq

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlərin burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.

Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb.

Tədbirdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.

Həftənin ən çox oxunanları

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib
DAVAMIN OXU davamın oxu

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq
DAVAMIN OXU davamın oxu

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu