Əsas məzmuna keç

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib

köç karvanı Ağdam rayonunun Dördyol ərazisindən yola salınıb. Uzun illərdən sonra yurdlarına daimi məskunlaşma üçün yola salınan sakinlər qayıdışı böyük...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Son yeniləmə ·

Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin daha bir qrupunun növbəti köçü olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu mərhələdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb. Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.

Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərdə yaşayışın bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Onun sözlərinə görə, hər iki kənddə müasir infrastruktur yaradılıb, sakinlərin sosial rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün zəruri şərait formalaşdırılıb.

Qeyd olunub ki, Seyidbəyli və Təzəbinə kəndlərində bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir, yaşayış evləri ilə yanaşı, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol infrastrukturu istifadəyə verilib.

İlk xəbər

İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam edir. Dekabrın 16-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə yola salınıb. Bu mərhələdə Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, köç karvanı Ağdam rayonunun Dördyol ərazisindən yola salınıb. Uzun illərdən sonra yurdlarına daimi məskunlaşma üçün yola salınan sakinlər qayıdışı böyük sevinc hissi ilə qarşılayıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…