Əsas məzmuna keç

2 azərbaycanlı hərbçi əsir düşüb

2 azərbaycanlı hərbçi əsir düşüb

bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik iddia edir ki, azərbaycanlı hərbçilərdən biri aprelin 13-də Ermənistanın Qarakilsə...

Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Ordusunun 2 əsgəri Ermənistanda saxlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın məlumat yayıb.

Nazirlik iddia edir ki, azərbaycanlı hərbçilərdən biri aprelin 13-də Ermənistanın Qarakilsə rayonu ərazisində aşkarlanıb və saxlanılıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Əsgərlərin ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti təşkilatlara rəsmi müraciət olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…