17 000 manatlıq lazer aparatını oğurlayaraq 900 manata satan şəxslər saxlanılıb - VİDEO

17 000 manatlıq lazer aparatını oğurlayaraq 900 manata satan şəxslər saxlanılıb - VİDEO
21.02.2024 11:52
Aa
dəq

Polis əməkdaşları Bakı şəhəri Sabunçu Rayonunun Zabrat qəsəbəsində gözəllik salonundan bahalı lazer aparatı oğurlayan şəxsləri saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-əDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar.

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu