Ukrayna ilə Rusiya arasında 100-dən çox əsirin mübadiləsi olub

Ukrayna ilə Rusiya arasında 100-dən çox əsirin mübadiləsi olub
17.02.2023 12:15
Aa
dəq

Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş verib, 100 Ukrayna əsgəri və bir mülki vətəndaş evlərinə qayıdıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Azad edilən hərbi qurulluqçular arasında Milli Qvardiyanın üzvləri, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onlardan 94-ü Mariupolun müdafiəçisi, o cümlədən 63-ü “Azovstal” əsgəridir. Bu dəfə mübadilə nəticəsində azad edilən bütün hərbçilər sıravi əsgərlər və çavuşlardır.

Yermak qeyd edib ki, qəhrəmanların çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.

Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, qayıdanların hər biri lazımi tibbi yardım alacaq, reabilitasiyadan keçəcək, sənədlərini və bank kartlarını bərpa edə biləcək.

Hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahının məlumatına görə, qaytarılan mülki şəxs Enerqodar merinin birinci müavini İvan Samoydyukdur.

Qeyd edilib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 1863 vətəndaşını geri qaytarıb.

Xatırladaq ki, Ukrayna sonuncu dəfə fevralın 4-də Mariupolun müdafiəçiləri, Xerson partizanları və Baxmutdan olan snayperlər də daxil olmaqla, 116 hərbçisini əsirlikdən geri qaytarıb.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu