10 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir

10 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir
01.09.2024 12:45
Aa
dəq

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səsvermə Nərimanov rayonunda 18 saylı Seçki Dairəsinin 39 saylı Seçki Məntəqəsində aparılır.

Məntəqənin sədri Elşad Əhmədov deyib ki, burada 1469 məhkum qeydiyyatdadır. 900 nəfər indiyə kimi səs verib.

"Seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir", - o bildirib.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində sərbəst şəkildə səs verirlər.

Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Həftənin ən çox oxunanları

Bu deputatlara “Mercedes E 300” veriləcək

Bu deputatlara “Mercedes E 300” veriləcək
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova Simonyanla görüşəcək

Sahibə Qafarova Simonyanla görüşəcək
DAVAMIN OXU davamın oxu

Prezident Milli Məclisin ilk iclasında iştirak edib - YENİLƏNİB

Prezident Milli Məclisin ilk iclasında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Milli Məclisin komitə sədrləri onlar oldu - TAM SİYAHI

Milli Məclisin komitə sədrləri onlar oldu - TAM SİYAHI
DAVAMIN OXU davamın oxu

Onlar vitse-spiker seçildi

Onlar vitse-spiker seçildi
DAVAMIN OXU davamın oxu