Əsas məzmuna keç

BMT baş katibi: “Türkiyə və Suriya xalqları üçün ayağa qalxmaq vaxtıdır”

BMT baş katibi: “Türkiyə və Suriya xalqları üçün ayağa qalxmaq vaxtıdır”

bunu BMT baş katibi Antoniu Quttereş tviter hesabında yazıb. “Mən Türkiyəyə və Suriyaya dəfələrlə səfər etmişəm. Milyonlarla məcburi köçkünə evlərini və...

“ və xalqları üçün ayağa qalxmağın vaxtıdır”.

“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, bunu Antoniu Quttereş tviter hesabında yazıb.

“Mən Türkiyəyə və Suriyaya dəfələrlə səfər etmişəm.

Milyonlarla məcburi köçkünə evlərini və qəlblərini açan insanların həmrəyliyini heç vaxt unutmayacam.

İndi o evlər dağılıb və o ürəklər parçalanır. Türkiyə və Suriya xalqları üçün ayağa qalxmağın vaxtıdır”, - BMT rəhbəri hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…