Operativ
Kamran Nazim oğlu Məcidov
Özəl sektor Rəhbər

Kamran Nazim oğlu Məcidov

İdarə Heyətinin sədri, Baş İcraçı Direktor

Xalq Bank ASC

08.09.2026 tarixində yoxlanılıb

Tərcümeyi-hal

Kamran Nazim oğlu Məcidov 1982-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 2002-ci ildən bank sektorunda başlayıb və ölkənin bir sıra banklarında müxtəlif vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə Xəzər Universitetində Maliyyə menecmenti fənni üzrə mühazirələr oxuyub.

2008-ci ildən “Xalq Bank” ASC-də işləyir. İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində olarkən, 2020-ci il avqustun 17-də açıqlanan səhmdarların ümumi yığıncağının qərarı ilə bankın İdarə Heyətinin sədri təyin edilib. Uzun illər bu vəzifədə çalışmış Elxan Muradxan oğlu Ağayev isə Müşahidə Şurasının üzvü seçilib.

Təhsil

  • Xəzər Universiteti, Maliyyə və kredit fakültəsi, 2002 (fərqlənmə diplomu)
  • Norveç Biznes Ali Məktəbi (Norwegian Business School, BI), Maliyyə və iqtisadiyyat üzrə magistr, 2005-2007
  • Harvard Business School, “Program for Leadership Development” icraçı təhsil proqramı, 2014-2015

Oxşar profillər

Hamısına bax →