Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı "hərbi mafiya" ilə bağlı bəyanatı Kiyev rejiminin mahiyyətini dəqiq əks etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında bildirib.
“Ukraynada baş verənləri sadəcə olaraq “korrupsiya” kimi qələmə vermək məni heyrətə gətirir. Dəqiq tərif hərbi mafiyadır”, - o yazıb.
Zaxarovanın sözlərinə görə, söhbət beynəlxalq konqlomeratdan, “planeti tələyə salmış” və Qərbdən Ukraynaya pul vurmaqla məşğul olan “çoxbaşlı qanlı hidra”dan gedir.
Noyabrın 13-də Orban qeyd edib ki, Avropa İttifaqı ölkədəki korrupsiya qalmaqalı ilə əlaqədar Ukraynanı maliyyələşdirməyi dayandırmalıdır.
Onun sözlərinə görə, avropalı vergi ödəyicilərinin pullarını bu “qarışıqlığa” tökmək istəyirlər. O əlavə edib ki, Avropa İttifaqı “nəhayət, onların pullarının hara xərcləndiyini başa düşməlidir”.