Əsas məzmuna keç

Zakir Həsənov sərgidə - VİDEO

Zakir Həsənov sərgidə - VİDEO

Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley...

Sentyabrın 25-də general-polkovnik və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlərin iştirak etdiyi sərgidə təqdim edilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı müdafiə nazirinə ətraflı məlumat verilib.

Sərgi çərçivəsində, həmçinin general-polkovnik Z.Həsənov Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…