Əsas məzmuna keç

Yol polisi bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Yol polisi bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyəsində qeyd olunub. Bildirilib ki, DYP hərəkət...

Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsinin qeyri-iş günlərində səfərə sürücülərə tövsiyəsində qeyd olunub.

Bildirilib ki, DYP hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola tövsiyə edir:

"Bununla yanaşı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar. Dəyərli sürücülər, yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin!".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…