Əsas məzmuna keç

Yəmən husiləri İsrailə raket və PUA hücumları həyata keçirdiyini açıqlayıb

Yəmən husiləri İsrailə raket və PUA hücumları həyata keçirdiyini açıqlayıb

Yəməndəki husilər İsrail ərazisində iki hərbi əməliyyat keçirdiklərini bəyan ediblər. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, husilərin sözçüsü,...

Yəməndəki İsrail ərazisində iki keçirdiklərini bəyan ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, husilərin sözçüsü, briqada generalı Yəhya Sari “Al Masirah” telekanalı vasitəsilə bildirib ki, hücum zamanı “Fələstin-2” hipersəs raketi ilə Yaffa şəhəri vurulub.

Bundan əlavə, iki pilotsuz uçuş aparatı Umm ər-Rəşraş (Eilat) bölgəsində mühüm hədəfləri hədəfə alıb.

Sözçünün sözlərinə görə, əməliyyatlar uğurla başa çatıb, israillilər arasında panika yaradıb və aksiyalar Fələstin xalqına dəstək məqsədi daşıyıb.

Digər tərəfdən, Yəmənin Səhiyyə və Nazirliyi İsrailin sentyabrın 25-də paytaxt Sənaya endirdiyi hava zərbələri nəticəsində 11 nəfərin həlak olduğunu, 205 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail Müdafiə Qüvvələri hücum zamanı səs-küyün müxtəlif bölgələrdə eşidildiyini təsdiqləyib. Ordunun məlumatına görə, Yəməndən atılan Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, 2023-cü ildə Qəzza münaqişəsi başlayandan husilər dəfələrlə İsrail ərazisinə raket və PUA hücumları həyata keçiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…