Əsas məzmuna keç

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb - YENİLƏNİB

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb - YENİLƏNİB

məhkəmə onun barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçib. *** Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları...

Yekaterinburqda azərbaycanlılardan biri - Bakir Səfərovun həbs müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun barəsində 22 gün müddətinə həbs tədbiri seçib.

***

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…