Səhiyyə Nazirliyinin Kollegiyası“Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.