19 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Azərbaycan XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb
Oxşar xəbərlər
Xarici Siyasət
Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib
Xarici Siyasət
Marta Kos: Aİ Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirir
Xarici Siyasət
Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq
Xarici Siyasət
Azərbaycanın D-8 təşəbbüsü əməkdaşlığa böyük təkan verəcək
Eyni mövzuda
Daha çox: Xarici Siyasət
Foto
Xarici Siyasət
Ceyhun Bayramov Tailandın XİN rəhbəri ilə görüşdü - YENİLƏNİB
Xarici Siyasət
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Xarici Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib
Foto
Xarici Siyasət